4 otaqlı ev yandı - Bakıda

4 otaqlı ev yandı - Bakıda
  01 Fevral 2015    Oxunub:1438
Bakıda ötən gecə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib.

Nəticədə evin 2 otağının yanar konstruksiyaları 45 kv.m sahədə, mətbəxin lambirdən ibarət tavanı 9 kv.m sahədə yanıb və yüksək temperaturdan mətbəxdə olan soyuducu deformasiyaya uğrayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti