4 nəfərin öldüyü qəza ilə bağlı Açıqlama

4 nəfərin öldüyü qəza ilə bağlı Açıqlama
  15 Sentyabr 2014    Oxunub:2005
Daxili İşlər Nazirliyinin mətbuat xidməti ötən gün baş verən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Qurumdan AzVision.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 22 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndində rayon sakinləri Teyyub Quliyevin idarə etdiyi “Mercedes”, Nəbi Ağamalıyevin idarə etdiyi “Daewoo” və Elgün Bəbişovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində E.Bəbişov, N.Ağamalıyev və sərnişinlərindən - Bərdə rayon sakinləri Naibə Alıyeva və onun oğlu Fəqan hadisə yerində ölüb, N.Ağamalıyevin digər 5 sərnişini, habelə T.Quliyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti