450 yazıçı Trampın namizədliyinə qarşı çıxdı

450 yazıçı Trampın namizədliyinə qarşı çıxdı
  25 May 2016    Oxunub:1600
Məşhur amerikalı yazıçı Stiven Kinqin də aralarında olduğu 450-dən çox yazıçı Donald Trampın ABŞ prezidenti postuna namizədliyinə qarşı onlayn-petisiya imzalayıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən yazıçılar Mark Slauka və Endrü Altşul “İPetitions” saytında petisiya yerləşdiriblər. Məqsəd 10 min imza toplamaqdır. Hələlik petisiyaya 6220 nəfər qoşulub.

“Nə var-dövlət, nə də şöhrət insanı ABŞ adından danışmağa, ölkənin ordusuna rəhbərlik etməyə, onun tərəfdaşlarını dəstəkləməyə və vətəndaşlarını təmsil etməyə öyrətmir”, - petisiyanın mətnində belə deyilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti