42 məzundan 27-si 600-dən çox bal topladı - FOTO

42 məzundan 27-si 600-dən çox bal topladı - FOTO
  26 İyul 2016    Oxunub:81230
Sumqayıt şəhərində Təbiət Elmləri Təmayüllü Gimnaziya bu il qəbul imtahanlarında yüksək nəticə göstərib. Belə ki, məktəbin xeyli sayda məzunu 600-dən yuxarı bal toplayıb.
Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, bu il məktəbi bitirən 42 şagirddən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.

Direktor qeyd edib ki, 600-dən çox bal toplayan 27 şagirdin 10 nəfəri bir sinifdə, 17 nəfəri isə digər bir sinifdə oxuyublar: “Son 8 ildir ki, bizim məktəb böyük uğurlara imza atır. Bu il ən yüksək nəticəmiz 690 bal oldu. Amma bizim istəyimiz tam alınmadı. Məzunlarımızdan 700 bal gözləyirdik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti