42 dərəcə isti olacaq

42 dərəcə isti olacaq
  31 İyul 2015    Oxunub:2128
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, gündüz mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 24-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti