40 dəqiqəlik iclas bitdi - Deputatlar tətilə çıxdılar

40 dəqiqəlik iclas bitdi - Deputatlar tətilə çıxdılar
  24 İyun 2016    Oxunub:2103
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
AzVision.az xəbər verir ki, iyunun 24-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Sessiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb. Bununla da Milli Məclis tətilə çıxıb.

Milli Məclisin iclası cəmi 40 dəqiqə davam edib.

Xatırladaq ki, növbədənkənar sessiyasının sonuncu plenar iclasında Vergilər, Miqrasiya, İnzibati Xətalar, Mülki məcəllələrə və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti