3 uşaq anasının intihar səbəbi - TƏFƏRRÜAT

3 uşaq anasının intihar səbəbi - TƏFƏRRÜAT
  27 Noyabr 2014    Oxunub:5263
Ötən gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 30 yaşlı qadının intihar etməsi haqda xəbər vermişdik.
AzVision.az özünü öldürən paytaxt sakini ilə bağlı maraqlı məlumatlar əldə edib.

Yaxın qohumlarının saytımıza bildirdiyinə görə, 1984-cü il təvəllüdlü Muradova Zeynəb Nəzirağa qızı gözəllik salonunda işləyirmiş. Ailəsində hər hansı problem olmayıb.

Onun intiharına səbəb kimi külli miqdarda borcunun olduğu bildirilir. Hətta, Z.Muradova borca görə yaşadığı mənzili də sataraq çalışdığı gözəllik salonunda qalırmış.

Z.Muradovanın 3 azyaşlı övladı var və uşaqları hazırda nənəsi ilə yaşayır. M.Zeynəbin həyat yoldaşının isə harada olduğu haqqında heç bir məlumat yoxdur.

Xatırladaq ki, noyabrın 25-də Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Muradova Zeynəb Nəzirağa qızı özünü asaraq intihar edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mirvari Nəcəf
AzVision.az



Teqlər:  





Xəbər lenti