3 ayda 700 mindən çox azərbaycanlı Gürcüstana gedib

3 ayda 700 mindən çox azərbaycanlı Gürcüstana gedib
  01 May 2016    Oxunub:2416
Bu ilin yanvar-mart aylarında Gürcüstana 2 milyon 290 min nəfər xarici vətəndaş gəlib. Onlardan 707,8 mini Azərbaycan vətəndaşlarıdır. Azərbaycan bu göstərici ilə Gürcüstanı ziyarət edən xaricilər sırasında birinci yerdədir.
Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ikinci yerdə 549,3 min nəfərlə Türkiyə dayanır. Hesabat dövründə Gürcüstan sərhədlərindən 485,1 min ədəd minik, 82,5 min avtobus, 120 min yük avtomobili keçib. Minik avtomobillərinin əksəriyyəti Azərbaycana, avtobus və yük avtomobillərinin çoxu Türkiyəyə məxsusdur.

Gürcüstanın dəniz sərhədlərindən isə 41 ölkənin bayrağı altında 1,3 min gəmi keçib. (Azərtac)


Teqlər:  





Xəbər lenti