39 il haqsız yerə həbsdə qaldı

39 il haqsız yerə həbsdə qaldı
  23 Noyabr 2014    Oxunub:1907
ABŞ-ın Klivlend Şəhər Məhkəməsi 57 yaşlı Rik Ceksonun azadlığa buraxılmasına dair qərar qəbul edib.

R.Cekson işləmədiyi cinayətə görə həyatının düz 39 ilini cəzaçəkmə müəssisəsində keçirib. O, 1975-ci ildə 19 yaşlı Cekson iş adamını qətlə yeritməkdə şübhəli bilinərək həbs olunub. Həmin ildə keçirilən məhkəmə prosesində şahid qismində dindirilən 12 yaşlı uşaq iddia edib ki, Cekson iş adamını qətlə yetirib. Məhkəmə 12 yaşlı uşağın ifadələrindən sonra Ceksonu edam cəzasına məhkum edib. 1978-ci ildə isə Ohaya ştatında edam cəzası ləğv olunduğuna görə Ceksonun edam cəzası ömürlük həbslə əvəz olunur.

Bir müddət bundan əvvəl 1975-ci l ildə şahid qismində dindirilən şəxs etiraf edib ki, o, Ceksona qarşı ifadəni tədqiqatçıların təzyiqi altında verib. Məhz bu etirafdan sonra məhkəmə Ceksonun azadlığa buraxılması haqqında qərar çıxarıb.

Qeyd edək ki, ABŞ-da 1973-ci ildən bəri günahsız yerə məhkum olunan 148 nəfər azadlığa buraxılıb.



Teqlər:





Xəbər lenti