37 dərəcə isti olacaq - Sabahın havası

37 dərəcə isti olacaq - Sabahın havası
  07 İyul 2015    Oxunub:2209
Sabah iyulun 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az - a verilən xəbərə görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Eyni zamanda iyulun 8-də Abşeron yarımadasında xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir. Lakin iyulun 9 və 10-da gündüz saatlarında isti temperatur diskomfortu və havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir.


Teqlər:  





Xəbər lenti