37 120 nəfərin namizədliyi qeydə alınıb

37 120 nəfərin namizədliyi qeydə alınıb
  26 Noyabr 2014    Oxunub:1098
Bu günə qədər bələdiyyə seçkiləri ilə bağlı 37 120 nəfərin namizədliyi qeydə alınıb.
AzVision.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədr Məzahir Pənahov deyib. Onun sözlərinə görə, İndiyə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyədən 1596 bələdiyyə üzrə namizədlərin qeydiyyatı tam başa çatıb.

Namizədlərin 25 faizi qadın, 75 faizi kişidir.

Qeyd edək ki, namizədlərin qeydiyyatı proseduru noyabrın 29-da başa çatır. 23 dekabr 2014-cü ildə bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 1607 bələdiyyə keçiriləcək. Bələdiyyə seçkiləri nəticəsində 15035 bələdiyyə üzvü seçiləcək.

Anar


Teqlər:





Xəbər lenti