3000 terrorçu Əsədə təslim oldu - (VİDEOXƏBƏR)

3000 terrorçu Əsədə təslim oldu - (VİDEOXƏBƏR)
  07 Dekabr 2016    Oxunub:4172
Dəməşq yaxınlığında yerləşən Xan-əş-Şeyx şəhərində üç minə yaxın terrorçu könüllü şəkildə hökumət qüvvələrinə təslim olub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar ailələri ilə birgə İdlib vilayətinə gediblər.

“Uzun danışıqlardan sonra yaraqlıların atəşkəs rejiminə qoşulması barədə razılıq əldə olunub”, - deyə Suriya ərazisində münaqişə tərəflərinin barışdırılması üzrə mərkəzin sədri polkovnik Aleksey Leşenko bildirib.

Radikallar hakimiyyət nümayəndələrinə 500 ədəd atıcı silah, snayper tüfəngi və onlarla 120 millimetrlik minaatan təhvil verib. Şəhərdə yaraqlıların istifadə etdiyi silah istehsalı edən sex və anbarlar toxunulmaz olaraq saxlanılıb.

Qeyd edək ki, Xan-əş-Şeyxdə binaların böyük əksəriyyəti dağılıb. Şəhərin küçələrində xeyli sayda partlamamış mərmi qalır. Minaaxtaranlar onları yerindəcə zərərsizləşdirir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti