3000-dən çox krımlı Rusiya vətədaşlığından imtina edib

3000-dən çox krımlı Rusiya vətədaşlığından imtina edib
  23 Aprel 2014    Oxunub:854
Buna baxmayaraq 390 mindən çox insan Rusiya pasportu almaq niyyətində olduqlarını açıqlayıblar.
Rusiyanın Federal Miqarsiya Xidmətinə (FMX) Rusiya vətəndaşlığından imtina ilə bağlı 3427 ərizə daxil olub. İmtina ilə bağlı ərizələrin qəbulu artıq başa çatıb və müddəti uzadılmayacaq. Unun üçün 1 ay vaxt ayrılmışdı. Bu arada 390 min krımlı Rusiya vətəndaşı olmaq istəyir. Rusiya pasportu Krım sakinlərinə martın 19-dan verilməyə başlayıb.

Xatırladaq ki, Krım mart ayında Rusiyanın tərkibinə keçib. Krımın statusu ilə bağlı keçirilən referendumda sakinlərin əksəriyyəti Ukrayndan ayrılmağa səs veriblər.

Hazırda Krımın Rusiyaya inteqrasiya prosesi davam edir.

Səbinə


Teqlər:





Xəbər lenti