2 şəhər İŞİD-dən geri alındı

2 şəhər İŞİD-dən geri alındı
  17 Aprel 2015    Oxunub:1524
İraqın hökumət qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin dəstəyi ilə Əl Malxa və Əl Mazrah şəhərlərinə nəzarəti bərpa ediblər.
AzVision.az-ın məlumatına görə, bu barədə İraq generalı Ayad əl Lahabi deyib.

O bildirib ki, İraq hərbçiləri bu gün ölkənin şimalındakı neftayırma zavodunun yerləşdiyi ərazini də nəzarətə götürüblər. Döyüşlərdə 160-a yaxın İŞİD silahlısı öldürülüb. İraq qüvvələri hazırda Beji zavodunu mühasirəyə alan silahlı qruplaşmanın blokadasını yarmağa cəhd göstərirlər.

Xatırladaq ki, İraqın hökumət qüvvələri bu ayın əvvəlində Tikrit şəhərini də İŞİD-dən təmizləyiblər. Hazırda Ramadi şəhərində nisbi sakitlik hökm sürsə də, İraq və Suriyanın bir çox ərazisi bu terror qruplaşmasının nəzarətindədir. (anspress)


Teqlər:  





Xəbər lenti