2 nəfər dənizdə batıb

2 nəfər dənizdə batıb
  29 İyul 2015    Oxunub:2116
Xaçmaz rayonu, Nabran qəsəbəsində dənizdə 2 nəfər batıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Nabran qəsəbəsində dənizdə (“Xəzər” sularda xilasetmə postundan 1000 m aralıda, nəzarətsiz ərazidə) çimərkən 3 nəfər batmaq təhlükəsi ilə üzləşib, onlardan 1-i xilasedicilər tərəfindən xilas olunub, digər 2 nəfər isə batıb.

Vətəndaşların meyitləri “Xəzər” sularda xilasetmə postunun xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:30-da başa çatıb.


Teqlər:





Xəbər lenti