2 nəfər 700 bal topladı - TQDK

2 nəfər 700 bal topladı - TQDK
  22 İyul 2014    Oxunub:879
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari ilin məzunları üçün iyulun 20-də II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin AzVision.az-a verdiyi məlumata görə, iyulun 20-də keçirilən imtahanda cəmi 2 nəfər 700 bal toplayıb. Onun sözlərinə görə, hər iki məzun II qrupun abituriyentidir.

E.Nağızadə bildirib ki, ,III ixtisas qrup üzrə maksimal nəticə əldə olunmayıb və 700 bal toplayanların kimliyi sabah məlum olacaq.

Qeyd edək ki, I və IV qrup imtahanları üzrə 7 nəfər 700 bal toplamışdı.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti