2 aylıq uşaq nə vaxt tapılacaq? - VİDEO

2 aylıq uşaq nə vaxt tapılacaq? - VİDEO
  20 Avqust 2014    Oxunub:2720
Son bir həftədir ki, iki aylıq körpənin oğurlanması gündəmi zəbt edib.
Hamı bu uşağın axtarışından xəbər gözləyir. Ortada oğurluğu həyata keçirən qadının kadrları olsa da onun hələ də yaxalanmaması şübhə doğurur. Amma hüquq-mühafizə orqanlarında bir əminlik var ki, bu qadın uşağı çox gizlədə bilməyəcək.

Polis iki aylıq körpəni oğurlayan qadının izinə düşüb. AzVision.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən ANS TV-yə verilən məlumata görə, Təhlükəsiz Şəhər İdarəsi vasitəsilə həmin qadının ayrı-ayrı nöqtələrdə yeni görüntüləri müəyyən edilib. Lakin uşaq oğrusunu saxlamaq mümkün olmayıb. Oğurlanan körpənin babası hadisənin təfərrüatları barədə ANS-ə danışıb.

Avqustun 13-də həmin qadın Aysel Əhmədovanın evinə gələrək özünü Humanitar Fondun əməkdaşı kimi təqdim edib və ona kömək edəcəyi vədi verib. Bunadək qadın görünür ki, Aysel Əhmədovanın “Adam İçində” verilişində kömək istəməsindən, ehtiyac içində yaşamasından məlumatlı imiş. Həmin vaxt 3-cü uşağını dünyaya gətirməyə imkanı olmadığını söyləyən ana digər iki uşağını müvəqqəti sığınacağa vermişdi.

Anaya hazırda oğurlanmış Aylini dünyaya gətirməyə lazımi köməklik göstərilmişdi. Polis ehtimal edir ki, ehtiyac içində olan qadının ürəyinə yol tapmaq üçün, uşaq oğrusu onu yardım fondunun əməkdaşı kimi asanlıqla yola gətirə bilib. Mağazadan bir az ərzaq, uşaq bezi və s. almaqla yad qadın onu Sumqayıtda Nəsimi parkında gəzintiyə dəvət edib. Uşaqların attraksionda əylənməsi üçün pul da verib.

Oğurlanan körpənin babası Şirzad Hacıyevin sözlərinə görə, qadın Aysel Əhmədovanı aldadıb ki, karuselə bir AZN vermişəm, çıx otur və o biri uşaqları da mindir: “Buna kimi ver sənin körpəni saxlayım, uşaq yıxılar. Karusel işə düşəndən sonra qadın uşağı götürüb qaçıb”.

Artıq bir həftədir ki, körpədən xəbər yoxdur. Polis orta bədən quruluşlu, sarışın 40-45 yaşlı qadının axtarışları üçün səfərbər olub.

Azərbaycanda cinayətkarları, axtarışda olan şəxsləri aşkarlaya biləcək, başqa sözlə şəxsin kimliyini müəyyən edən kameralar var. Belə bir videomüşahidə sistemi bir neçə il əvvəl əhalinin daha sıx olduğu yerlərdə, o cümlədən metroda quraşdırılıb.

Ölkədə rezonansa səbəb olan uşaq oğrusunun da görüntüləri kameralara düşüb. Lakin hələ də qadının kimliyi müəyyən edilməyib. Polis ictimaiyyətə müraciət edərək onu görənlərdən zəng etmələrini xahiş edir. Qadını barədə məlumat verənləri mükafat gözləyir.




Teqlər:





Xəbər lenti