28 nəfərin başı kəsiləcək - Həcc faciəsinə görə

28 nəfərin başı kəsiləcək - Həcc faciəsinə görə
  09 Oktyabr 2015    Oxunub:9960
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı baş verən faciəyə görə məsuliyyət daşıyan şəxslər edam ediləcək.
AzVision.az “sozcu.com”-a istinadən xəbər verir ki, artıq ölkənin kralı Salman faciəyə səbəb olduğu iddia edilən 28 nəfərin edamına qərar verib. Həbs edilən 28 nəfərin başı qısa müddət ərzində kəsiləcək.



Lakin iddia edilir ki, 100-lərlə zəvvarın ölümünə səbəb olan izdiham kral Salmanın oğlu şahzadə Məhəmmədin öz korteji ilə yaxınlıqdan keçməsi olub. Ancaq ölkə hakimiyyəti bu faktı gizlədir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı məlum hadisələr zamanı 769 nəfərin öldüyünü bildirsə də, İran bu rəqəmin dörd mindən çox olduğunu bəyan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti