26 milyon dövlət büdcəsinə qaytarıldı

26 milyon dövlət büdcəsinə qaytarıldı
  07 İyul 2015    Oxunub:2751
2015-ci ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 998 sayda cinayət işi başlanıb.
Vergilər Nazirliyindən AzVision.az - a daxil olan məlumata görə, bu cinayət işlərindən 203-ü vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair, 769-u vergi borcunun ödənilməməsi, 25-i operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında , 1-i isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş materiallar üzrə başlanıb.

Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 26 milyon 366,9 min manat (2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çox) vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Qeyd edək ki, departamentin İstintaq idarəsində 385 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 37 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İcraatına xitam verilən 314 cinayət işindən 273 iş üzrə bır sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.


Teqlər:





Xəbər lenti