2649 nəfər yaşamaq üçün Azərbaycana gəlib

2649 nəfər yaşamaq üçün Azərbaycana gəlib
  24 İyun 2016    Oxunub:2767
Ötən il 2649 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.

Bu barədə Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, onlardan 1336 nəfəri MDB ölkələri, 1313 nəfəri digər xarici ölkələrdən gələnlərdir.

3 nəfər ABŞ-dan, 12 nəfər Almaniyadan, 5 nəfər Belarusdan, 782 nəfər Gürcüstandan, 144 nəfər İrandan, 3 nəfər İsraildən, 103 nəfər Qazaxıstandan, 33 nəfər Qırğızıstandan, 2 nəfər Latviyadan, 6 nəfər Litvadan, 13 nəfər Moldovadan, 95 nəfər Özbəkistandan, 30 nəfər Pakistandan, 1 nəfər Polşadan, 930 nəfər Rusiyadan, 8 nəfər Tacikistandan, 164 nəfər Türkiyədən, 50 nəfər Türkmənistandan, 99 nəfər Ukraynadan, 166 nəfər digər xarici ölkələrdən ölkəmizə daimi yaşamaq üçün gəlib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti