25 yaşlı oğlan özünü mətbəxdə asdı

25 yaşlı oğlan özünü mətbəxdə asdı
  02 May 2016    Oxunub:2277
Balakəndə 25 yaşlı gənc intihar edib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, mayın 1-i axşam saat 17:30 radələrində Balakən şəhəri, Füzuli küçəsi ev 28 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Ramazan Şəmsəddin oğlu Piriyevin meyiti evin mətbəxində asılı vəziyyətdə valideyinləri tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı R.Piriyevin intihar etməsi məlum olub.

Ramazan Piriyev intihar edən zaman evdə tək olub.

Faktla bağlı Balakən Rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti