25 nəfər deputatlığa namizədliyini verib

25 nəfər deputatlığa namizədliyini verib
  02 Sentyabr 2015    Oxunub:2362
Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində artıq 25 nəfər deputatlığa namizədliyini irəli sürüb.
AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

M.Pənahov qeyd edib ki, seçkilərin daha aktiv keçməsi gözlənilir.

İclasda, həmçinin daha üç siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. Belə ki, Ümid Partiyası 37, Azərbaycan Demokratik İslahatlar Partiyası 6, Böyük Qurtuluş Partiyası isə 12 səlahiyyətli nümayəndəsinin qeydə alınması üçün MSK-ya müraciət edib.


Teqlər:





Xəbər lenti