23 kq tiryəki satarkən tutuldu

23 kq tiryəki satarkən tutuldu
  27 Noyabr 2014    Oxunub:1325
İran vətəndaşı Famil Şiri İsəqəli oğlu 23,36 kq tiryəki satarkən tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər orqanlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Noyabrın 25-də daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Famil Şiri İsəqəli oğlu 23 kiloqram 360 qram tiryəki satarkən tutulub.

Faktla bağlı cinayət işi qaldırılıb. Araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti