233 pirotexniki vasitə aşkar edilib

233 pirotexniki vasitə aşkar edilib
  10 Dekabr 2016    Oxunub:1385
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
AzVision.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı həmin şəxsin gödəkcəsində və aşağı ətraflarında xüsusi üsullardan istifadə edilərək gömrük nəzarətindən gizlədilən 233 ədəd pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti