23 ildir ayı ilə bir evdə yaşayırlar - Fotolar

23 ildir ayı ilə bir evdə yaşayırlar - Fotolar
  19 Yanvar 2017    Oxunub:5235
Rusiyada yaşayan Svetlana və Yuri Pantelenko cütlüyü 23 ildir Stefan adlı ayı ilə birlikdə yaşayır.

AzVision.az-ın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, ailə Stefanı orta hesabla gündə 25 kiloqram balıq, göyərti və yumurta ilə bəsləyir.

Bundan başqa Stefan ailəyə ev işlərinin görülməsində yardım edir, onlarla oyun oynayır. 2.1 metre uzunluğa sahib olan Stefanın ən çox sevdiyi iş ailə üzvlərini qucaqlayaraq televizorda futbol matçlarına baxmaqdır.

Ailə üzvlərinin sözlərinə görə, Stefan adını verdikləri ayı kiçik yaşında anasını itirib. Ovçular onu meşədə tapdıqda vəziyyəti çox pis olub. Cütlük qeyd edir ki, Stefan olduqca istiqanlıdır və bu illər ərzində bir dəfə də olsun onlara xəsarət yetirməyib.





























Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti