23 il həbsdə yatan keçmiş deputat azadlığa çıxdı

İnformasiyaya əsasən, ötən gün həbs müddəti başa çadığı üçün o,azadlığa çıxıb.
Samandar Kukanov 1945-ci ildə Cizak vilayətinin Feriş rayonunda doğulub. 1989-cu ildə ölkənin indiki baş naziri Şavkat Mirziyoyevlə birlikdə eyni çağırışda Özbəkistan Ali Sovetinə deputat seçilib. Kukanov 1992-ci ildə iqtisadi cinayətlərdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulub. O, müxalifətdə olan “Ərk” Partiyasını maliyyələşdirməkdə ittiham edilib.
AzVision.az