22 yaşlı qız enerji içkisindən öldü

22 yaşlı qız enerji içkisindən öldü
  30 İyun 2015    Oxunub:2897
Türkiyədə 22 yaşında olan qız enerji içkisindən dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, hadisə Muğlanın Fethiye bölgəsində baş verib. Belə ki, Eda Dilara adlı qız dostlarının ayaqqabı dükanın açılışı üçün yardım etməyə gəlib. Nahar etdikdən sonra enerji içkisi qəbul edən qız vəziyyətinin yaxşı olmadığını bildirib.

Bir müddət sonra yenidən enerji içkisi qəbul edən 22 yaşlı xanım “ürəyim möhkəm ağrıyır” deyərək huşunu itirib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

İlkin rəyə əsasən qızın ölümünə səbəb enerji içkisi olub.


Teqlər:  





Xəbər lenti