227 hakim və prokuror işdən çıxarıldı - FETÖ işi

227 hakim və prokuror işdən çıxarıldı - FETÖ işi
  21 Fevral 2017    Oxunub:1220
Türkiyədə FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən daha 227 hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, onlar ötən ilin iyulunda dövlət çevrilişinə cəhd ilə bağlı cinayət işi çərçivəsində vəzifəsindən kənarlaşdırılıb.

Türkiyə hakim və prokurorlar ali şurasının sədr müavini Mehmet Yılmazın bildirdiyinə görə, indiyədək dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı 3886 hakim və prokuror vəzifəsindən uzaqlaşdırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti