22 yaşlı oğlan babasının evində intihar etdi

22 yaşlı oğlan babasının evində intihar etdi
  24 Yanvar 2017    Oxunub:2095
Gədəbəy rayonunda intihar hadisəsi baş verib.
Gədəbəy rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yanvarın 23-də axşam saat 19 radələrində rayonun Çaldaş kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü İbrahimov Emin Nadir oğlu babasına məxsus tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti