21 nəfər qarpız və qovundan zəhərlənib

21 nəfər qarpız və qovundan zəhərlənib
  23 İyul 2016    Oxunub:1770
Hava şəraitinin isti keçməsi ilə əlaqədar günvurma ilə bağlı xəstəxanalara müraciət edənlərin sayı artıb.
AzVision.az EL TV-yə istinadən xəbər verir ki, bu barədə Saatlı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan həmçinin bildirilib ki, qarpız, qovun, pomidor kimi tərəvəzlərdən zəhərlənmə halları da çoxalıb. Mövsüm ərzində bu tərəvzələrdən istifadə etdikdən sonra narahatlıq hiss edən 21 nəfər xəstəxanaya müraciət edib. Onlara lazımi yardım göstərilib. “Pomidorun, qovun və qarpızın çıxmasıyla əlaqədar olaraq xəstələr bizə müraciət eləyirlər. Biz onlara mədəsini yumaqla və fiziloji məhlullar köçürməklə yardım göstəririk”- deyə Saatlı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Etibar İbişov bildirib.



AzVision.az


Teqlər:





Xəbər lenti