21 gəncin meyiti tapıldı

21 gəncin meyiti tapıldı
  24 İyul 2014    Oxunub:1003
Kür çayında batan 21 yaşlı gəncin cəsədi tapılıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Kür çayının Salyan rayonu, Kür Qaraqaşlı kəndindən keçən hissəsində, "Salyan" sularda xilasetmə məntəqəsindən təxminən 4 km məsafədə, nəzarət olunmayan ərazidə 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimovun batmış cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 40 metr aralıda tapılaraq sudan çıxarılıb.

Ağasəlim Səlimovun cəsədi aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti