215 kənddə əhaliyə verilən su təhlükəlidir
Onun sözlərinə görə, respublikanın 215 kəndində quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin həm fiziki-kimyəvi, həm də bakterioloji göstəricilərində aşkar olunan nöqsanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərilib: “Son 5 ildə mərkəz tərəfindən respublika ərazisində bulaq və yeraltı artezian suların müayinələri ilə əlaqədar araşdırma aparılıb, nümunələr götürülün. Bu nümunələrdə də təqdirəlayiq nəticələr əldə olunmayıb. Bununla bağlı yerli icra orqanları qarşısında məsələ qaldırılıb. Ümumiyyətlə, şəhərin və respublikanın ayrı-ayrı ərazilərinin içməli su təchizatı məsələsinə daim nəzarət edilir”.
İlkin Nəcəfzadə
AzVision.az