20 nömrəli məktəbin şagirdləri hara köçürülür?-AÇIQLAMA

20 nömrəli məktəbin şagirdləri hara köçürülür?-AÇIQLAMA
  24 İyul 2014    Oxunub:1811
`20 nömrəli məktəb-liseydə təmir işləri ilə əlaqədar olaraq, adıçəkilən təhsil ocağının ibtidai sinifləri müvəqqəti olaraq 172, yuxarı sinifləri isə 325 saylı məktəblərə köçürüləcək`.

Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva deyib. Onun sözlərinə görə, təmir bitdikdən sonra şagirdlər öz məktəblərinə qaytarılacaqlar:`20 nömrəli məktəb-liseydə təhsil alanların tədris mühitinin daha da yaxşılaşdırılması məqsədilə tədris ocağının yeni tələblər səviyyəsində qurulması üçün əsaslı təmir olunur`

Qeyd edək ki, Bakının ən böyük məktəblərindən biri olan 20 nömrəli məktəbin artıq söküntüsünə başlanılıb.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti