2017-ci ilin büdcəsinin elm, təhsil, səhiyyə xərcləri

2017-ci ilin büdcəsinin elm, təhsil, səhiyyə xərcləri
  29 Sentyabr 2016    Oxunub:5506
Gələn ilin dövlət büdcəsi layihəsində elmə ayrılan xərclərin məbləği açıqlanıb.
AzVision.az xəbər verir ki, dövlət büdcəsində elmə ayrılan xərclər 125.318.640,0 manatdır. Təhsilə ayrılan pulun məbləği isə 1.859.499.497,0 manatdır. Təhsil xərclərinin 165.211.728 manatı məktəbəqədər təhsil, 981.053.277 manatı ümumi təhsil, 33.761.406 manatı ilk-peşə ixtisas təhsili, 44.917.271 manatı osta ixtisas təhsili, 41.383.900 manatı ali təhsil, 3.779.189 manatı isə əlavə təhsil üçün nəzərdə tutulur.

2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində səhiyyəyə ayrılan xərclərin miqdarı 775785130 manat nəzərdə tutulub. Səhiyyə xərclərinin 116089962 manatı poliklinikalar və ambulatoriyalar, 365722855 manatı xəstəxanalar, 6037770 səhiyyə sahəsində digər xidmətlər, 5065465 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 282869078 manatı səhiyyə sahəsinə aid edilən digər xidmətlər üçündür.

O cümlədən xroniki böyrək çatışmazlığı xəstəliyinin mübarizə üzrə tədbirlərə 22,2 mln. manat, hemofiliya və talassemiya irsi qan xəstəliklərinin müalicəsi üzrə tədbirlərə 18,5 milyon manat, şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərin maliyyə təminatına 36,1 mln. manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə 6,5 mln. manat, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 1,1 mln. Manat, Azərbaycanda HİV/AİDS-in qarşısının alınması və onunla mübarizəyə 2,3 mln. manat ayrılacaq.

Eyni zamanda səhiyyə xərcləri çərçivəsində ana və uşaq sağlamlığının qorunması ilə bağlı tədbirlərə 3 mln. manat, qanının, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,4 mln. manat, dağınıq skleroz xəstəlinə tutulmuş insanların müalicə tədbirləri üçün 2,7 mln. manat, uşaqların icbari dispanserizasiyası ilə bağlı xərclərə 4,5 mln. manat, qanın bədxasəli xəstəliklərinin mübarizəsinə 6 mln. manat, səhiyyə sahəsində islahatlarla bağlı xərclər üçün 25,1 mln. manat və digər səhiyyə tədbirlərinin həyata keçirilməsi üçün 11,6 mln. manat vəsait proznoqlaşdılıb.

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri isə 100 milyon manat nəzərdə tutulub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti