200 şagirdin taleyi sual altında

200 şagirdin taleyi sual altında
  01 Noyabr 2014    Oxunub:1536
Nigeriyada fəaliyyət göstərən `Boko Haram` terror təşkilatı hökumətlə atəşkəs elan etmədiyini açıqlayıb.

AzVision.az xəbər verir ki, bu barədə təşkilatın lideri Əbubəkr Şəkau deyib. O vurğulayıb ki, Nigeriya ordusu və hökumətlə heç bir razılaşmaya nail olunmayıb.

Qeyd edək ki, Nigeriya hökuməti bir müddət öncə teror təşkilatı ilə razılıq əldə olunduğunu və qaçırılan 200-dən artıq şagirdin geri qaytarılacağını açıqlamışdı.
Boko Haramın son 6 ay ərzindəki hücumları nəticəsində 2 minə yaxın insan həlak olub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti