2 məsələ gündəlikdən çıxarıldı

2 məsələ gündəlikdən çıxarıldı
  28 Oktyabr 2016    Oxunub:1140
Milli Məclisin bu gün keçirilən iclasına 27 məsələ daxil edilsə də, sədr Oqtay Əsədov bildirib ki, 4-cü və 5-ci məsələlər gündəlikdən çıxarılıb və növbəti iclasın gündəliyinə salınacaq.
AzVision.az xəbər verir ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərin müzakirəsi təxirə salınıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, müvafiq komitə sədrləri bu məsələnin növbəti iclasda müzakirəyə çıxarılması barədə razılığa gəliblər.

Qeyd olunan məsələlər ictimai yerlərdə, ibadətgahlardan kənarda dini ayinlərin təşkili, dini ayinlərin və mərasimlərin əcnəbilər tərəfindən keçirilməsi, dini ekstremist materialların hazırlanması, dini fanatizm zəminində terrorçuluq, dini zəmində ayrı-seçkilik, dini ekstremizm əleyhinə əməliyyatların aparılması zamanı tələblərin pozulması və s. ilə bağlı sanksiyalardır. Sanksiyalar müvafiq olaraq 3 000 manatdan 10 000 manata qədər cərimə, yaxud ömürlük azadlıqdan məhrumetməyə qədər cəzalardan ibarətdir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti