1 yer üstündə 10 namizəd - Deputatlıq mübarizəsi

1 yer üstündə 10 namizəd - Deputatlıq mübarizəsi
  09 Oktyabr 2015    Oxunub:2917
Azərbaycanda indiyə qədər 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün Komissiyanın iclasında deyib.

MSK sədri qeyd edib ki, bu göstərici 1 yer uğrunda təxminən 10 namizədin mübarizə aparacağı deməkdir.

Deputatlığa namizədliyi qeydə alınanlardan 274 nəfərin namizədliyi 15 partiya tərəfindən, 18 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, digərlərinin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb.

MSK sədri deyib ki, indiyə qədər Komissiyaya daxil olan 23 müraciətdən 9-u təmin edilib, 14 müraciət isə təmin olunmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti