1 gündə 16 qəza- 7 ölü, 13 yaralı

1 gündə 16 qəza- 7 ölü, 13 yaralı
  25 Yanvar 2015    Oxunub:1879
Yanvarın 24-də - şənbə günü Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 7 nəfərin həyatına son qoyub.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, gün ərzində ümumilikdə 16 ağır və ya nisbətən ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 7 nəfərdən başqa 13 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölümlə nəticələnən qəzalardan 2-si Bakıda, digər 5-i isə rayonlarda baş verib.

Hər bir fakt üzrə zəruri araşdırmalar aparılır.

Qeyd edək ki, son günlər ölkə ərazisində yağmurlu hava şəraiti hökm sürür. Bir çox yollarda duman çətinliklər yaradır.


Teqlər:





Xəbər lenti