1 əsr yaşayan 699 nəfər – Azərbaycanda

1 əsr yaşayan 699 nəfər – Azərbaycanda
  27 Yanvar 2015    Oxunub:2412
“2014-cü il yanvarın 1-ə məlumata görə, yaşı 100 və ondan yuxarı olan şəxslərin sayı 669 nəfər olub”.

Bunu AzVision.az-ın sorğusuna cavabında Dövlət Statistika Komitəsindən deyiblər. Bildirilib ki, onların 34 nəfəri kişi, 635 nəfəri isə qadındır:

“Eyni zamanda qeyd etmək istəyirik ki, yaşlılarla bağlı məcmuə sonuncu dəfə 1999-cu il əhali siyahıya alınmasının yekunları əsasında işlənilərək dərc edilib. Daha sonra bu kimi məcmuə işlənilməyib və Dövlət Statistika Komitəsi yaşlıların adbaad siyahısı və ən yaşlısı ilə bağlı məlumatlara malik deyildir”

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti