19 yaşlı erməni əsgər intihar edib

19 yaşlı erməni əsgər intihar edib
  24 Sentyabr 2016    Oxunub:11008
Sentyabrın 16-da hərbi hissələrdən birində başından ölümcül güllə yarası almış 19 yaşlı əsgər Narek Patatyan intihar edib.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisəyə bir neçə gün qalmış leytenant Simonyan və baş serjant Melikyan güc tətbiqi ilə hədə-qorxu gələrək, Patatyanı məcbur ediblər ki, 2000 dollar pul gətirsin.

Varlı ailədən olmayan Patatyan, təbii ki. Bu məbləği toplaya bilməyib. İntihara bir gün qalmış, sentyabrın 15-də Patatyan Simonyandan xahiş edib ki, ona bir az vaxt versin və tapa bildiyi 300 dollarla noutbuku leytenanta verib.

Simonyanın, görünür, bu xoşuna gəlməyib. O, üç yoldaşı ilə birlikdə Patatyanı döyüb və onu zorlayıb. Ertəsi gün Patatyan özünü güllələyib.

İstintaq Komitəsindən bildirildiyinə görə, Patatyana zor tətbiqinə dai dəlillər üzə çıxıb və “intihar həddinə çatdırma” maddəsi üzrə altı nəfərə ittiham irəli sürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti