18 yaşlı qızı öldürüb basdırdı - Daşkəsəndə qətl

18 yaşlı qızı öldürüb basdırdı - Daşkəsəndə qətl
  30 Mart 2015    Oxunub:2669
Daşkəsəndə gənc qız qətlə yetirilib
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hələlik adı açıqlanmayan Gəncə sakini öz həmyerlisi 18-20 yaşlı qızı qətlə yetirərək, Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində torpağa basdırıb.

Sonra isə qətli törədən şəxs polisə hadisə ilə bağlı məlumat verib. Daşkəsən rayon polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçirərək cəsədi basdırıldığı yerdən çıxarıblar.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. Hələlik qətli törədənin və mərhumun şəxsiyyəti barədə ictimaiyyətə açıqlama verilməyib.


Teqlər:





Xəbər lenti