18 yaşlı qızı öldürən qatil etiraf etdi

18 yaşlı qızı öldürən qatil etiraf etdi
  30 Mart 2015    Oxunub:2069
Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş verən qətllə bağlı məlumat yayıb.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 26-da Gəncə şəhər sakini Ruslan Behbudzadə qısqanclıq zəminində Samux rayon sakini Gülnarə Mirzəyevanı boğma yolu ilə qətlə yetirib cəsədini Daşkəsən rayonunun Xoşbulaq kəndinin meşə zolağında basdırıb.

Martın 29-da R.Behbudzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək hadisəni törətməsini etiraf edib.

G.Mirzəyevanın meyiti eksqumasiya edilib.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-cı maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti