18 və 19 yaşlı iki oğlan dənizdə batıb

18 və 19 yaşlı iki oğlan dənizdə batıb
  05 Avqust 2015    Oxunub:2700
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlunun və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlunun suda batması haqqında məlumat daxil olub.

AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, E.Həmidovun və A.Tanrıverdiyevin cəsədləri “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:38-də başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasediciləri tərəfindən xilas edilib.


Teqlər:





Xəbər lenti