18 nəfər dəm qazından zəhərlənib: 2-si uşaqdır

18 nəfər dəm qazından zəhərlənib: 2-si uşaqdır
  24 Oktyabr 2016    Oxunub:2304
Oktyabr ayı ərzində 18 nəfər dəm qazı zəhərlənmə diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.
Bunu AzVision.az-a 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. Onun sözlərinə görə, dəm qazından zəhərlənənlərin sayında artım qeydə alınmayıb.

“Keçən həftə 10 nəfər, ondan əvvəlki həftə isə 8 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olub. Dəm qazından zəhərlənənlərdən 2-i uşaqdır. Onların vəziyyəti orta-ağırdır. Hələki ağır xəstəmiz olmayıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti