16 məktəbli avtobusda yanaraq öldü - Yenilənib

16 məktəbli avtobusda yanaraq öldü - Yenilənib
  21 Yanvar 2017    Oxunub:2645
İtaliyada avtobusun dirəyə çırpılması zamanı ölən məktəblilərin sayı 16-ya çatıb.
AzVision.az xəbər verir ki, bu barədə "Frans-Press” İtaliya polisinə istinadən məlumat yayıb. Xilasedicilərin sözlərinə görə, məktəblilər yanaraq ölüblər.

Qeyd olunub ki, avtobusdan 36 yaralı çıxarılaraq müxtəlif xəstəxanalara yerləşdirilib. Avtobusda macarıstanlı məktəblilər olub. Onlar İtaliyada səyahətlərini bitirib Fransaya qayıdırmışlar.

***
(10:11)

İtaliyada 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, yol qəzası yanvarın 20-də axşam Verona şəhərində qeydə alınıb.

Xilasetmə xidmətindən bildirilib ki, idarəetməni itirən avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb. Qəzada 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Qeyd olunub ki, ölənlərdən biri, avtobus sürücüsü Fransa vətəndaşıdır. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti