153 nəfərə cinayət işi açılıb - Nazir

153 nəfərə cinayət işi açılıb - Nazir
  24 Noyabr 2014    Oxunub:2173
Bu ilin 9 ayında icra işlərinin sayı ötən ilin illik göstəricilərindən də çox artaraq 231 mini ötmüş, onun da 70%-ə yaxınının icrası vaxtında təmin olunub.

Bu barədə ədliyyə naziri Fikrət Məmmədov məlumat verib. Nazir qeyd edib ki, icra məmurlarının müraciətləri əsasında icra haqqında qanunvericiliyin tələblərini pozan 2400-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunub, 153 nəfər barəsində cinayət işi başlanıb, 1.795 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 420 cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.


Teqlər:





Xəbər lenti