13 yaşlı uşaq dənizdə öldü

13 yaşlı uşaq dənizdə öldü
  28 İyul 2014    Oxunub:1059
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 700-800 metr aralı, nəzarət olunmayan ərazidə) 2001-ci il təvəllüdlü Rizvan Sevdim oğlu Məcidov batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. R.Sevdimovun cəsədi batdığı yerdən 150 metr aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:09-da başa çatıb.


Teqlər:  





Xəbər lenti