12 alpinist itkin düşdü

12 alpinist itkin düşdü
  25 Yanvar 2015    Oxunub:1932
Yunanıstanın şimalında yerləşən Pieria dağlarında 12 nəfər türkiyəli alpinist itkin düşüb.
AzVision.az AzərTac-a istinadən məlumatına görə, hələ ki, Avropa İttifaqının fövqəladə hallar xidmətinə zəng vuran alpinistlərin yerləşdikləri yerin dəqiq koordinatlarını müəyyənləşdirmək mümkün olmayıb.

İlkin ehtimala görə, alpinistlər Katerini şəhərindən 20 kilometr şimal-qərbə doğru irəlilədikdən sonra azıblar.

Alpinistlərin yerləşdikləri ərazidə tez-tez qar uçqunlarının baş verməsi onların həyatı üçün təhlükə riskini yaradır.

Axtarış–xilasetmə işlərinə başlanıldığı bildirilir.


Teqlər:





Xəbər lenti