120 sərxoş qadın sükan arxasında - VİDEO
BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, bu cür sürücülərə qarşı tədbirlər davam edəcək. Yol hərəkəti haqqında qanuna və “İnzibatı Xətalar Məcəlləsi”nə edilən dəyişikliyə görə, sərxoş halda avtomobili idarə edən sürücülərə yüksək məbləğdə cərimə, sürücülük vəsiqəsinin əlindən alınması və həbs tədbiri görülə bilər.
Təkcə sərxoş sürücülər deyil həmçinin digər qayda pozan sürücülər də cərimələnib və barələrində tədbirlər görülüb. İlin əvvəlindən bu günə qədər 218 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 62 nəfər dünyasını dəyişib, 263 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə baş verən hadisələrin sayı 5 fakt çox olsa da, ölüm hallarında heç bir dəyişiklik olmayıb.
Qəzaların baş verməsində əsas səbəb sürət həddinin aşılması və piyadaların təyin olunmayan yerlərdən keçmələri olub. Qayda pozan sürücülər barəsində 2300-dən artıq protokol tərtib olunub.
AzVision.az