11 kəndə qaz verildi

11 kəndə qaz verildi
  31 İyul 2015    Oxunub:2184
Bu gün Gədəbəy rayonunun Çalburun, Masallı rayonunun Sərcuvar və Alışanlı, Tərtər rayonunun Poladlı, Mamırlı, Kəngərli və Bala Kəngərli, Bərdə rayonunun Qaradırnaq, Arabaçılar, Hacılar və Balaqacar kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə rayon İcra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Gədəbəy rayonunun 375 abonenti olan Çalburun kəndinə ilk dəfədir ki, qaz verilir. Bunun üçün birpilləli sistem əsasında 21 047 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 23 ədəd siyirtmə, 375 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Masallı rayonunun Sərcuvar kəndinin 353 abonentinin yenidən qazlaşdırılması üçün ümumi uzunluğu 20 256 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 353 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun Alışanlı kəndinin yenidən qazlaşdırılması üçün isə 13 690 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 291 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tərtər rayonunun 120 abonenti olan Poladlı, 342 abonenti olan Mamırlı, 315 abonenti olan Kəngərli və 120 abonenti olan Bala Kəngərli kəndlərinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bərdə rayonunun kəndlərinin də yenidən qazlaşdırılması istiqamətində mühüm işlər aparılıb. Rayonun 160 abonenti olan Qaradırnaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 2441 metrlik polietilen və 19 642 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Arabaçılar kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 597 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 141 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hacılar kəndinin 130 abonentinin və Bala Qacar kəndinin 182 abonentinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Kənd sakinləri və ictimaiyyət nümayəndələri adı çəkilən yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Teqlər:





Xəbər lenti